CƏMİYYƏT


"Kənddən şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların satış məntəqələri fəaliyyətə başlayıb

İyulun 20-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Bakı, Abşeron və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkaları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bayram yarmarkasının təşkilində məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, onlayn xidmətlərdən istifadəni təşviq etmək və karantin rejimi ilə əlaqədar əhalinin sıx toplaşmasının qarşısını almaqdır.