Quba şəhərində “Media şəhidləri” parkı açılıb
22.07.2021 [15:07]
22 iyul - Milli Mətbuat Günündə Quba şəhərində “Media şəhidləri” parkının açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin Yusif Qasımov küçəsində yerləşən parkda Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsi əbədiləşdirilib.
Yeni salınan park 2 min kvadratmetrə yaxın ərazini əhatə edir. Parkın mərkəzində media əməkdaşlarının döyüş şəraitində işini simvolizə edən abidə ucaldılıb. Abidənin arxasındakı panoda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kütləvi informasiya vasitələri haqqında söylədiyi fikirlər qeyd olunub. Burada yaşıllıq zolaqları salınıb, söhbətgahlar tikilib və müasir işıqlandırma sistemi qurulub.