RƏSMİ


Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Müasir standartlara uyğun qurulan bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam vətəndaş kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə, sağlam ab-havanın yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir.