Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman

23.07.2021 [16:56]

Xəbərin mətni

Vətən müharibəsi şəhidi Cabar Əkpərov Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İki ay sonra nəşi tapılan qəhrəman döyüşçü ölümündən sonra üç medalla təltif edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailədə üç qardaşdan ən böyüyü olan Cabar Əşrəf oğlu Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşfiq kəndində doğulub. O, kikboksinq idman növü ilə məşğul olub. Beynəlxalq və respublika çempionatlarında qazandığı uğurlara görə 9 medal, 11 diplom və 2 fəxri fərmanla təltif edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI