Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

24.07.2021 [09:51]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərimizdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı cari ilin iyul ayı ərzində rayonun işğaldan azad olunmuş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və 4850 ədəd müxtəlif çaplı güllə və digər döyüş sursatları aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI