MƏDƏNİYYƏT


“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə həyata keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” layihəsi çərçivəsində arxeoloji tədqiqatlar yeni mərhələyə qədəm qoyub. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) ərazisinə daxil olan Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi altında arxeoloji tədqiqatlar aparılıb.