CƏMİYYƏT


Xəzər, Nəsimi və Binəqədi rayonlarında narkotik vasitələri satan 23 nəfər saxlanılıb

Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib. Əməliyyatlar paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarında baş tutub.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar həyata keçirilib. Əvvəlcə Mərdəkan qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Qəmbər Əliyev, qardaşları İmamverdi və Əliqəmə saxlanılıblar. Onların qəsəbə ərazisindəki evlərinin həyətinə baxış zamanı çəkisi 27 kiloqram olan 35 ədəd çətənə kolu, evdən isə 5 qram marixuana, 29 qram heroin, 9 qram metamfetamin və metadon həbləri aşkar edilib. Qəmbər Əliyev ifadəsində qardaşları ilə birgə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.