MƏDƏNİYYƏT


Bursada Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış rəsm sərgisinin açılışı olub

Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbirlərin davamı olaraq Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən Türkiyənin Bursa şəhərində təşkil olunan beynəlxalq konfrans çərçivəsində şairin əsərlərinə çəkilmiş rəsm sərgisinin açılışı olub.AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil edilən sərginin açılışına Bursa şəhərinin və Uludağ Universitetin (UU) rəhbər şəxsləri, UU-nun təmsilçiləri, eləcə də Azərbaycan və Türkiyə başda olmaqla 6 ölkəni təmsil edən konfrans iştirakçıları qatılıblar.