SİYASƏT


Nikola Selakoviç: Serbiya Azərbaycanın, Azərbaycan da Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir

Serbiya və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ona hörmət edir. Azərbaycan Serbiyanın vacib strateji tərəfdaşıdır. Bu görüş imkan verdi ki, biz əməkdaşlıq imkanlarını müzakirə edək. Biz iki ölkə arasında hər il siyasi dialoqların keçirilməsini təklif etdik”.AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.