CƏMİYYƏT


Quba və Qusara mediatur: Jurnalistlər müasir texnikaları, dağ kombaynlarını və digər innovativ texnologiyaların iş prosesini izləyiblər

Media nümayəndələri yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar və bu il biçinə çıxarılan yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin kütləvi informasiya vasitələri nümayəndələri üçün Quba və Qusar rayonlarına təşkil edilən səfərdə “Aqroservis” və “Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edilib.