Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
28.07.2021 [17:45]
Xəbərin mətni
Dövlət Miqrasiya Xidmətində (DMX) cari ilin ilk altı ayının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə bu ilin ilk altı ayı ərzində miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verən DMX rəisi Vüsal Hüseynov hesabat dövründə ölkə rəhbərliyi tərəfindən Xidmət qarşısında müəyyənləşdirilmiş vəzifələrin vaxtında və uğurla yerinə yetirildiyini bildirib.