“Yay Fest” festivalı ikiillik fasilədən sonra daha möhtəşəm formatda yenidən keçirilir
30.07.2021 [10:21]
Xəbərin mətni
Ölkənin ən böyük gənclər festivalı “Yay Fest” ikiillik fasilədən sonra daha möhtəşəm formatda yenidən keçirilir. Bu il “Ulduzlara doğru” devizi ilə gəncləri ətrafına toplayan festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Bir ay ərzində keçiriləcək festivalda “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla silsiləli şəkildə 5 düşərgə fəaliyyət göstərəcək.