“Tarixi öz qanımla yazacağam” deyən şəhid kəşfiyyatçı
30.07.2021 [12:16]
Xəbərin mətni
Şəhid Famil Pirvələdov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Hadrut cəbhələrində qəhrəmanlıqla döyüşüb. Qorxmaz döyüşçü göstərdiyi şücaətə görə, ölümündən sonra üç medalla təltif edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Famil Teyfur oğlu Pirvələdov 1995-ci il mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub.