CƏMİYYƏT


Qardaş köməyinə gələn Azərbaycan yanğınsöndürənləri Türkiyəyə çatıblar

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.
AZƏRTAC xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupunu gətirən təyyarə Türkiyə vaxtı ilə saat 23:10-radələrində Muğla Dalaman Hava Limanına enib.