CƏMİYYƏT


Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qrup üzvlərinin Füzuli-Şuşa-Hadrut marşrutu üzrə səfəri gerçəkləşib

İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları işğaldan azad edilmiş ərazilərə səfəri zamanı görülən işlərlə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunda iki işçi qrupu Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhər Şəhərsalma məsələləri üzrə nümayəndələr iştirak edib. Səfər zamanı öncə Füzuli rayonunda yerinə yetirilən işlərə baxış keçirilib. İşçi Qrupun üzvləri Beynəlxalq Hava Limanında görülən işlərlı tanış olub.