CƏMİYYƏT


Qubada Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin xatirəsi əbədiləşdirilib

Quba rayonunun Qamqam kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən digər şəhidlərimizin xatirəsi əbədiləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənddə bulaq inşa olunub, şəhid Vətən oğullarının şərəfinə xatirə kompleksi yaradılıb.