CƏMİYYƏT


FHN-in Türkiyədə olan qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını almağa nail olub

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyədə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.
FHN-dən AZƏRTAC-a bildirilib ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.