Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu hazırda Gürcüstan ərazisində Türkiyə istiqamətində hərəkət edir

01.08.2021 [17:14]

Xəbərin mətni

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 31-də qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu hazırda Gürcüstan ərazisindədir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyə istiqamətində hərəkət edir.