İmişli sakinindən külli miqdarda narkotik bitki, qurudulmuş marixuana və silah tutulub
02.08.2021 [11:31]
Xəbərin mətni
Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə verilən məlumata görə, RPŞ-nə Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub. Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.