SİYASƏT


Səccad Kərim: Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir

Avropa İttifaqı (Aİ) Azərbaycan ilə çox yaxın əlaqələrin qurulmasında maraqlıdır. Aİ-nin Cənubi Qafqazda önəm verdiyi ən mühüm məsələlərdən biri də regionda sülhün bərqərar olmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin dərin strategiyaya əsaslanan liderliyi yüksək qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlər təqdirəlayiqdir. Prezident İlham Əliyev Azərbaycanın maraqlarını hər şeydən üstün tutan müdrik liderdir. Azərbaycan Prezidenti bu prinsipə əsaslanaraq hər bir dialoqa açıq, ölkəsinin inkişaf hədəflərindən uzaqlaşmadan bu yolda nə istədiyini bilən dövlət başçısıdır. Bu baxımdan Prezident İlham Əliyev dünyanın müdrik liderlərindən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır