CƏMİYYƏT


Uşaqlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir

Azərbaycanda məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin qabaqcıl beynəlxalq standartlara uyğun təmin edilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir.
Uşaqların tərbiyə edilməsi dövlət əhəmiyyəti daşıdığı üçün uşaq bağçalarının fəaliyyətinin beynəlxalq standartlara uyğun yenidən qurulması, təmiri və bərpası sahəsində gedən işlər intensiv formada davam etdirilir. Belə bağçalardan biri Prezident İlham Əliyevin iştirakı ilə bu il iyulun 22-də Naftalan şəhərində istifadəyə verilib.