CƏMİYYƏT


Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan ana-bala saxlanılıblar

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramana qəsəbəsində narkotik vasitələrin və “patı” kimi tanınan psixotrop maddənin - metamfetamin satışı ilə məşğul olan iki nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.