CƏMİYYƏT


USAID-in dəstəyi ilə Qaxın Qaradolaq kəndinin əhalisinin texniki su təminatı yaxşılaşdırılıb

Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və yerli icma arasında əməkdaşlıq çərçivəsində Qax rayonunun Qaradolaq kəndində “Texniki su təminatının yaxşılaşdırılması” layihəsinin icrası uğurla başa çatıb. USAID-in ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) proqramı çərçivəsində kəndə yeni su xətti çəkilib, 40-dək ailənin texniki su ilə təminatı daha da yaxşılaşdırılıb.