CƏMİYYƏT


ABŞ-ın ölkəmizdəki səfiri Şəki Rayon Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzi ilə tanış olub

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer avqustun 4-də Şəki şəhərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı səfir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və UNICEF tərəfindən TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfdaşlığı ilə həyata keçirilən və “PROACT” Təlim Proqramı çərçivəsində Şəki Rayon Mərkəzi Xəstəxanasında təsis edilən Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olub.