SİYASƏT


Şəhidlərin xatirəsi yad edilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş gizir Ələkbərov Naiq Faiq oğlunun ailəsi ziyarət olunub.
Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, hörmətlə anılıb. Vətən üçün belə cəsur oğul böyütdüklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlıq ifadə olunub. Cəsur döyüşçünün xatirəsini yad etməyə gələnlər Naiq Ələkbərovun evində düzəldilmiş “Şəhidlər ölməz - Vətən bölünməz” guşəsinə baxıblar. Guşəyə cəsur döyüşçünün bir vaxtlar oxuduğu kitablar, fotoları, müxtəlif illərdə xidmətdə fərqləndiyinə görə aldığı fəxri fərmanlar və Vətən müharibəsində qəhrəmanlığı sayəsində layiq görüldüyü orden və medallar qoyulub.