CƏMİYYƏT


Hökməli və Aşağı Güzdəkdə çətənə yetişdirən şəxslər saxlanılıblar

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Polis Bölməsinə əvvəllər məhkum olunmuş Əli Kiçikbəyovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Əli Kiçikbəyovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi 11 ədəd çətənə bitkisi aşkar edilib.