Azərbaycan FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb
05.08.2021 [18:51]
Xəbərin mətni
Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy İstilik Elektrik Stansiyasında (İES) yanğına səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Türkiyədə olan yanğın-xilasetmə qüvvələri bununla əlaqədar yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını avqustun 5-də səhər saatlarında söndürməyə müvəffəq olublar. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İES-ə keçməsinin qarşısı alınıb.