CƏMİYYƏT


FHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu Gürcüstan ilə dövlət sərhədinə çatıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 6-da saat 03:00 radələrində Azərbaycanla Gürcüstan sərhədinə çatıb.