MƏDƏNİYYƏT


Azərbaycan və Türkiyə sənət adamlarının birgə istehsal etdikləri “Nisan” filminin təqdimatı olub

Təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti - rejissor İbrahim Bülbül, “Sənət Akademiyası”nın direktoru Səbuhi Zaman, Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufakı, aktyor Rəşad Kəsəmənli və başqaları çıxış edərək film barədə məlumat veriblər.
Bildirib ki, bu il aprelin 17-də Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə “Sənət Akademiyası” adlı təhsil mərkəzi təsis edilib.