FHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu Türkiyə Respublikasının sərhədinə çatıb
06.08.2021 [17:15]
Xəbərin mətni
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti - üçüncü qrupu avqustun 6-da saat 16 radələrində Gürcüstan-Türkiyə dövlət sərhədinə çatıb.