Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid leytenant Məhəmməd Şəbiyevin xatirə bulağının açılışı olub

06.08.2021 [18:43]

Xəbərin mətni

Avqustun 6-sı Vətən müharibəsi şahidi Məhəmməd Vaqif oğlu Şəbiyevin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, Məhəmməd Şəbiyevin böyüyüb boya-başa çatdığı 2-ci Zabrat qəsəbəsində inşa edilən xatirə bulağının şəhidin doğum günü münasibətilə açılışı olub.
Açılış mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon rəsmiləri, qəsəbə sakinləri, müharibə veteranları iştirak ediblər.