CƏMİYYƏT


FHN-in yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupu Türkiyəyə yola salınıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb.
AZƏRTAC xəbər verir ki, 200 nəfərdən ibarət yanğın-xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Uçuşdan əvvəl qrupun üzvlərinə müvafiq təlimatlar verilib.