CƏMİYYƏT


Türkiyə Qızıl Ay ailəsi: Var olsun Azərbaycan!

Türkiyədə meşə yanğınları davam edir. Təbii fəlakət dövlətə və əhaliyə böyük məbləğdə zərər vurub. Ən son məlumatlara görə, iyulun 28-dən 47 vilayətdə qeydə alınan 223 yanğından 217-si nəzarətə alınıb.AZƏRTAC-ın yanğın böhran bölgəsində olan xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsində fədakarcasına iştirak edirlər. Onlar fəaliyyət göstərdikləri bütün məntəqələrdə olduğu kimi, Aydın vilayətinin Çine rayonu ərazisində də böyük şücaət göstəriblər.