Pınar sakini: Azərbaycandan gələn qardaşlarımız təhlükəli anlarda köməyimizə çatdılar
11.08.2021 [12:30]
Xəbərin mətni
Məhəllə sakinləri bir yumruq kimi birləşərək yanğınla mübarizə apardılar. Azərbaycandan gələn qardaşlarımız da təhlükəli anlarda köməyimizə çatdılar. Çox peşəkar və təcrübəli yanğınsöndürənlərdir. Burada, yanımızda olmalarından qürur duyduq.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunmuş müxbirinə Muğla vilayətinin Köycəğiz rayonunun Pınar məhəlləsinin sakini Yılmaz Atabəy ifadə edib.