CƏMİYYƏT


Xocavənd Suvarma Sistemləri İdarəsi əkin sahələrinin suvarılması üçün gücləndirilmiş iş rejimində çalışır

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xocavənd Suvarma Sistemləri İdarəsinin xidmət sahəsinə daxil olan suvarma sistemləri Yuxarı Mil kanalından qidalanır. İdarə əkin sahələrinin suvarılması üçün gücləndirilmiş iş rejimində çalışır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, suvarma üçün istifadə olunan torpaq məcralı, o cümlədən beton kanallar idarənin balansında olan texnikalar vasitəsilə lildən və kol-kosdan təmizlənir. Bununla da sahələrə suyun çatdırılması daha da sürətlənir. İdarə hazırda fəaliyyətini bir-neçə rayon istiqamətində davam etdirir.