CƏMİYYƏT


Ankarada azərbaycanlı jurnalistlərə müharibə nəzəriyyəsi və terminologiyası mövzusu tədris olunub

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərin üçüncü günündə - avqustun 11-də iştirakçılara müharibə nəzəriyyəsi və terminologiyası, ictimai hadisələrə müdaxilə mövzusu tədris olunub.
AZƏRTAC xəbər verir ki, təlimlərin üçüncü günündə əvvəlcə media nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarını ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.