CƏMİYYƏT


FHN yanğınsöndürənləri Türkiyədə yanğınla mübarizəni davam etdirirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyədə olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Nazirlikdən verilən məlumata görə, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib. Tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.
Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.