Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəncədə sanitar-karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar

16.08.2021 [11:15]

Xəbərin mətni

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki tədbirlər keçirib. Tədbirlərdə tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları, mövcud sanitar-gigiyenik tələblər izah olunub.