Şabranda külli miqdarda çətənə bitkiləri və marixuana aşkarlanıb
19.08.2021 [16:57]
Xəbərin mətni
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Novruz Dostəliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirdiyi külli miqdarda (ümumi çəkisi 250 kiloqram) yaş və 5 ədəd quru çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülüb.