CƏMİYYƏT


İsmayıllı sakinindən “patı” götürülüb

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində “patı” kimi tanınan psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Rəhman Qardaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.