Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada təşkil olunan “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlər başa çatıb

20.08.2021 [14:02]

Xəbərin mətni

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Türkiyənin Polis Akademiyasında təlimlərin bağlanış mərasimi keçirilib. Mərasimdə Anadolu agentliyinin baş direktoru və idarə heyətinin sədri Sərdar Karagöz, Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş, Polis Akademiyasının rəisi Yılmaz Çolak, rəis müavini Fatih İnal, TİKA-nın xarici əlaqələr və tərəfdaşlar departamentinin rəhbəri Uğur Tanyeli, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları iştirak ediblər.