Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qax rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutulublar

24.08.2021 [13:42]

Xəbərin mətni

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Axtarış zamanı həmin şəxsdən metamfetamin - “patı” aşkarlanıb.