Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmənin təxribatı nəticəsində Beyləqanda dağılan evlərin təmir-bərpası davam edir

24.08.2021 [17:53]

Xəbərin mətni

Qırx dörd günlük Vətən müharibəsində düşmən təxribatına məruz qalan yaşayış yerlərimizdən biri də Beyləqandır. Rayon ərazisinə atılan raketlər bir çox dağıntılara səbəb oldu. Həmin tikililərin bərpası üçün müharibədən dərhal sonra ölkə rəhbərliyinin tapşırığı ilə işlərə başlanıldı və artıq bir çoxunda yekunlaşıb.