Siyəzəndə şəhərdaxili avtomobil yollarına asfalt döşənir
31.08.2021 [16:56]
Xəbərin mətni
Siyəzəndə şəhərdaxili avtomobil yollarının yenidən qurulmasına başlanılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində cari ilin sonunadək ümumilikdə 9 küçəyə asfalt döşənəcək.Yenidənqurma işlərinə avqustun 20-dən başlanılıb. Hazırda işlər şəhərin Babək Bayramov və Orucəli Qoçəliyev küçələrində aparılır. Hər iki küçə genişləndirilərək 6 metr enində asfalt döşənib. İki küçənin ümumi uzunluğu 2,2 kilometrdir.