SİYASƏT


Hərbi dənizçilərimiz "Dəniz kuboku" müsabiqəsində növbəti epizodun qalibi olublar

İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsi davam edir. Müsabiqə iştirakçıları “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.
Bu epizodun şərtlərinə əsasən 3000 metr məsafədən artilleriya qurğularından döyüş atışları icra olunub və tapşırığın yerinə yetirilməsi hakimlər komissiyası tərəfindən izlənilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.