Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dəniz kuboku” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

02.09.2021 [16:21]

Xəbərin mətni

“Dəniz kuboku" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.
Bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra həmin hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.