RƏSMİ


Prezident İlham Əliyev Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.