Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimal rayonlarında V Ümumrespublika Forumunda iştirak edəcək uşaqlar seçilib

03.09.2021 [16:45]

Xəbərin mətni

Bu ilin noyabr ayında Bakıda keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə sentyabrın 3-də Quba, Qusar və Xaçmaz rayonlarında namizəd uşaqlarla görüşlər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən keçirilən seçim mərhələsində bu rayonların hər birindən sosial fəallığı ilə seçilən və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 13-17 yaş arasında 20 namizəd uşaq iştirak edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI