Azərbaycan Dövlət İnformasiya Agentliyi

Badamdarda dağlıq ərazidə baş vermiş yanğın zamanı üç hektar sahədə quru ot, kol-kos yanıb

04.09.2021 [15:53]

Xəbərin mətni

Sentyabrın 4-də günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsində dağlıq ərazidəki ağaclıqda yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğınsöndürmə işlərinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI