CƏMİYYƏT


Şəhid Cavid Qarayevin ad günündə xatirəsi yad edilib

44 günlük Zəfər yürüşündə qəhrəmancasına döyüşərək şəhid olan Cavid Qarayevin anadan olmasının 37-ci il dönümü qeyd edilib. Şəhidin məzarı başında keçirilən anım günündə onun qəhrəmanlıq dolu xatirəsi yad edilib, ruhuna dualar oxunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarayev Cavid Əmirxan oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, kənd sakinləri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub.